Sentyabr 9, 2025-23:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Kürdəmirdə “Milli baş geyimi və örtükləri” layihəsinin yekun tədbiri keçirilib

2025:08:26 - 15:40
in MƏDƏNİYYƏT
A A

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən icra edilən “Milli baş geyimi və örtükləri” layihəsinin yekun tədbiri “Kürdəmir Gənclər evi”ndə təşkil olunub.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar milli baş geyimləri və örtüklərindən ibarət sərgiyə baxıblar.

Tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı çıxış edərək layihənin əsas məqsədi, görülən işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O, milli geyim ənənələrinin, xüsusilə də baş geyimlərinin araşdırılması və təbliğinin mədəni irsimizin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını xüsusi vurğulayıb.

Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəyyam Səlimov, “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Nicat Ağarəhimov, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu və başqaları fikirlərini bölüşərək milli-mənəvi dəyərlərin, xüsusilə də geyim mədəniyyətinin xalqımız üçün önəm daşıdığını qeyd ediblər. Bildirilib ki, belə layihələr təkcə tarixi yaddaşın yaşadılmasına deyil, həm də gənclərin milli kimlik şüurunun formalaşmasına güclü töhfə verir. Onlar bu təşəbbüsün davamlı olmasının vacibliyini diqqətə çatdırıblar.

Layihə çərçivəsində hazırlanmış “Milli baş geyimi və örtükləri” mövzusunda videoçarx nümayiş olunub.

Tədbir mədəni proqramla davam edib.

Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.

Əvvəlki Yazı

Nazirlər Kabinetində İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclas keçirilir

Növbəti Yazı

Laçında tanınmış rəssamın “31 il sonra” adlı ilk fərdi sərgisi açılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.