Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri rus hərbçilərinin “qala”ya çevirdiyi və “şiddətli müqavimət” göstərdiyi Malaya Loknadakı qadın koloniyasının binasına hücum edib.
Bu barədə Bild xəbər verir.
Kənd sərhəddən 14 km aralıda yerləşir, demək olar ki, tamamilə Ukrayna bölmələri ilə əhatə olunub, koloniyada müdafiəni ruslar saxlayır.
Bir neçə onlarla rus əsgəri onun ətrafına möhkəmlənib, barrikadalar quraraq həbsxananın mühafizə qüllələrindən atəş mövqeləri, nəhəng binalardan isə Ukrayna hücumlarına qarşı müdafiə kimi istifadə ediblər. Ehtimal olunur ki, müdafiədə hətta koloniya mühafizəçiləri də iştirak edir.
Ukrayna Silahlı Qüvvələri alman “Marder” piyadalarının döyüş maşınlarından onlara atəş açır və pilotsuz təyyarələrlə girişdəki gözətçi qülləsinə hücum edir.