Şimali Koreyanın idman naziri Kim İl Quk Moskvada rusiyalı həmkarı Mixail Deqtyarev ilə danışıqlar aparacaq və oktyabrın 17-19-da Ufada keçiriləcək “Rusiya – İdman Gücü” XII Beynəlxalq İdman Forumunda iştirak edəcək. Bu barədə Rusiyanın Pxenyandakı səfirliyi məlumat yayıb.
Diplomatik nümayəndəlik qeyd edib ki, oktyabrın 14-də Rusiya səfiri Aleksandr Matseqora naziri Pxenyan hava limanında yola salıb. “KXDR idman departamentinin rəhbəri Moskvada işgüzar əlaqələrə başlayacaq və burada Rusiyanın idman naziri ilə görüşəcək, əsas müzakirə mövzusu əməkdaşlıq məsələləri, o cümlədən iki ölkənin ağır atletika yarışlarına hazırlıq olacaq”, – səfirlik öz teleqramında yazır.
Nazir idman obyektlərinə baş çəkəcək. Ufada Kim İl Quk Rusiya Federasiyası və KXDR-də idmanın inkişaf perspektivlərini, həmçinin idman sahəsində qarşılıqlı mübadilə proqramlarını müzakirə edəcək. (Tass)