TASS diplomatik mənbəyə istinadən xəbər verir ki, KXDR-in xarici iqtisadi işlər naziri Yun Conq-ho Moskvaya işgüzar səfərə gəlib. Səfər proqramı dəqiqləşdirilməyib.
BRIEF Telegram kanalının mənbəsinə görə, “ikitərəfli görüşlərin gündəliyində Şimali Koreyaya neft məhsulları və taxıl tədarükü, Şimali Koreyalı mütəxəssislərin Rusiyada işləməyə cəlb edilməsi, maliyyə sektorunda əməkdaşlıq məsələlərinin müzakirəsi var”.