Şimali Koreya lideri Kim Çen In və Çinin sədri Si Cinpin yeni il təbrik teleqramları mübadiləsi edərək, xüsusilə 2024-cü ili “Koreya-Çin dostluğu ili” elan ediblər. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
2024-cü ildə tərəflər diplomatik münasibətlərin qurulmasının 75 illiyini qeyd edəcəklər. “Yoldaş Kim Çen In sosializm uğrunda mübarizədə bərqərar olmuş və möhkəmlənmiş Koreya-Çin dostluğunun sarsılmazlığının yeni ildə tam şəkildə nümayiş olunacağına əminliyini ifadə edib”, – KCNA-nın bəyanatında deyilir.
Si Cinpin isə öz növbəsində vurğulayıb ki, “son illərdə hər iki tərəfin birgə səyləri sayəsində ənənəvi Çin-Koreya dostluq və əməkdaşlıq münasibətləri yeni tarixi dövrə qədəm qoyub”. “Hər iki tərəf strateji qarşılıqlı anlaşmanı gücləndirib və işgüzar əməkdaşlığı dərinləşdirib, beynəlxalq problemlərin həllində koordinasiya və əməkdaşlığı gücləndirib, bununla da Çin-Koreya münasibətlərinin davamlı inkişafına təkan verib, iki ölkənin ümumi maraqlarını, regionda sülh və təhlükəsizliyi qoruyub”. Çin prezidentinin təbrik teleqramında deyilir.
Kim Çen In və Si Cinpin KXDR və ÇXR-ə firavanlıq, hər iki ölkənin sakinlərinə xoşbəxtlik və firavanlıq arzulayıblar. (Tass)