May 11, 2025-2:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Lənkəran Teatrı Bakıda “Qonaq Teatr” layihəsi çərçivəsində “Cəmilə” tamaşasını təqdim edib

2023:10:17 - 12:00
in GÜNDƏM
A A

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının “Qonaq Teatr” layihəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı “Cəmilə” (Çingiz Aytmatov) romantik dramını tamaşaçılara təqdim edib.

Teatrdan AZƏRTAC-a bildiriblər ki, tamaşa Lənkəran Dövlət Dram Teatrının bərpasının 50 illiyi münasibətilə nümayiş olunub.

Teatr Xadimləri İttifaqının böyük səhnəsində göstərilən tamaşada müharibənin insanların taleyinə vurduğu zərbələrdən bəhs olunur. Tamaşanın quruluşçu rejissoru İmran Ali Qurban, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.

Tamaşadan əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Xankəndində Azərbaycan bayrağının ucaldılması münasibətilə hamını təbrik edib.

Hacı İsmayılov teatrın keçdiyi zəngin inkişaf yolundan söz açıb. Qeyd edib ki, repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassik və müasir nümunələrinin yer aldığı Lənkəran Teatrı bu gün də fəaliyyətini davam etdirir, Azərbaycanda və onun hüdudlarından kənarda qastrol səfərlərində olur, bir çox beynəlxalq teatr festivallarında ölkəmizi uğurla təmsil edir.

Azərbaycan səhnəsinə maraqlı tamaşalar bəxş edən Lənkəran Dövlət Dram Teatrının kollektivinə uğurlar arzulayan Hacı İsmayılov milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və bərpasının 50 illiyi münasibətilə teatrı İttifaqın Fəxri fərmanı ilə təltif edib.

Tədbirdə, həmçinin teatrın bərpasında xüsusi xidmətləri olan aktyorlar – Xalq artisti Qabil Quliyev Fəxri fərmanla, Xalq artisti Böyükxanım Əliyeva və aktrisa Şahrud Mehdiyeva “Qızılgül” mükafatı ilə təltif olunublar.

Sonda tamaşanın uğurlu quruluşuna görə gənc rejissor İmran Ali Qurban İttifaqın Fəxri fərmanına layiq görülüb.

Təltif olunanlar göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına dərin minnətdarlıqlarını bildiriblər.

Əvvəlki Yazı

Scholz Qəzzadakı mülki şəxslərlə Həmas arasında sərhəd çəkməyə çağırıb

Növbəti Yazı

Zaxarova: Rusiya Federasiyası İŞİD-in Əfqanıstanda şiə azlığına qarşı törətdiyi terror aktını qətiyyətlə pisləyir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.