Lənkəran rayonunda mənzildə kişi meyiti tapılıb.“Report”un Cənub bürosunun məlumatına görə, meyit Lənkəran rayonunun Liman şəhəri ərazisində aşkarlanıb.Meyitin 1959-cu il təvəllüdlü Bayraməli Şikar oğlu Nəcəfova aid olduğu məlum olub.Onun 20 günə yaxındır itkin düşdüyü söylənilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.Faktla bağlı araşdırma aparılır.