May 9, 2025-21:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Lənkəranda şəhid ailələri və müharibə veteranları üçün yaradılan təsərrüfatlara mediatur olub

2023:10:13 - 15:00
in SOSİAL
A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi media nümayəndələrinin şəhid ailələri və müharibə veteranları üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik təsərrüfatlarla əyani tanışlığı məqsədilə növbəti mediatur təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, jurnalistlər bu dəfə proqramın dəstəyi ilə Lənkəran şəhərində şəhid ailələri və müharibə veteranları üçün yaradılan kiçik təsərrüfatlarla tanış olublar.

Onlara tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinin, müharibə veteranlarının sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib.

Qeyd olunub ki, bu tədbirlər çərçivəsində postmüharibə dövründə artıq 20 min şəxsin məşğulluğu təmin edilib. Onlardan 10,3 min nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb.

Media nümayəndələri əvvəlcə Vətən müharibəsi veteranı Urfan Babayevin xidmət sahəsində olublar. O, özünüməşğulluq proqramı çərçivəsində dönərxana zərfi üzrə avadanlıqlarla təmin olunaraq öz işini qurub.

Daha sonra media nümayəndələri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Kənan Axundovun bacısı Sevda Axundova və müharibə veteranı Qədir Həsənov üçün yaradılmış kiçik təsərrüfatlarla tanış olublar. Özünüməşğulluq proqramı üzrə aktivlər verilməklə Sevda Axundova un məmulatları istehsalı sahəsini, Qədir Həsənov isə dülgər sexini yaradıb.

Proqram iştirakçıları dövlətin dəstəyini hər zaman hiss etdiklərini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərə, həmçinin öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Əvvəlki Yazı

Azad edilmiş ərazidə mülki şəxslər minaya düşüb, ölən və yaralanan var, araşdırma aparılır – YENİLƏNİB

Növbəti Yazı

Gəncədə “Tarix yazan əbədiyaşar lider” adlı tədbir keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.