Lənkəran şəhəri ərazisində yerləşən 2 ev və 1 restorandan məişət avadanlıqları, eləcə də təmir-tikinti alətləri oğurlanıb. Hadisələr zamanı zərərçəkənlərə 3000 manatdan artıq maddi ziyan vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Mirhüseyn Hacızadə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ondan şəxsi istifadəsi üçün metamfetamin də aşkarlanaraq götürülüb. Bundan başqa, M.Hacızadənin rayon sakini olan bir nəfərə məxsus “VAZ 2106” markalı avtomobili qaçırdığı da müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, M.Hacızadə barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.