İyun 14, 2025-13:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MANŞET

“Lara Martin’s jazz club” tamaşasına baxıb eşitmədiklərim barədə…

2025:05:16 - 12:45
in MANŞET
A A

Lara… Cehizsiz qız. Mən “Lara Martin’s jazz club” tamaşasına Dövlət Akademik Musiqili Teatrının səhnəsində baxdım, amma eşitmədim, çünki rus dilində idi. Amma yox, eşitdim. Zövqlü caz və vizual həllərlə “eşitdim”. Lara caz klubda işləyirdi, eynilə anası kimi. Anası isə onu kluba gələn varlı bir qarınlı daydaya sırımaq istəyirdi. Hə, qarınlı dayday. Yekəqarın da demək olardı, amma mən belə deyirəm.
Tamaşanı məhz səhnədə izlədim, burada bir caz klub qurulmuşdu. Bir müddət hətta zala da səhnədən baxmalı olduq. Görünür, rejissor bizi bu yolla təəcübləndirmək istəyirdi.
Lara isə belə həyatı istəmir, o sevgi arzulayırdı. Laranın bu çağırışına hay verən biri var idi. Karandaş adlı barmen. Elə adı üstündədir – barmen. Laranın anası buna razı ola bilməzdi. Onu fikrindən yayındırıb qarınlı daydayla birləşdirməli idi. Qarınlı dayday bardakı digər qızlara əylənir, vaxt keçirirdi. Amma bir tərəfdən də gözü Larada idi. Onu əldə eləmək istəyirdi. Lakin Lara nədənsə barmenə ümid vermişdi. Anasının acığına olsa da. Axır anası da təslim oldu. Di gəl, Laraya qarınlı daydayın toruna düşdü, barmeni bir kənara atdı.


Hərgah Laranın bu cığırı da dalana dirəndi. Qarınlı dayday evli olsa da, bir yandan da gözəl Laranı əldə etmək istəyirdi. Barmen geri çəkilmək istəmirdi. Lara artıq ayılmışdı, istifadə olunmaq istədiyini anlamışdı. O, azad olmaq istəyirdi. Qarınlı dayday hələ də Laradan əl çəkmirdi. Barmen varlı daydayla çəkişə bilməzdi, nə pulu vardı, nə də digər üstün cəhəti. Əlindən gələn isə odlu silahdan atəş açmaqla Laranı da həyatdan məhrum etmək oldu.
Tamaşaya baxıb eşitmədiklərim barədə fikir bildirmək özü də bir qəhrəmanlıqdır.


Tural Xəlil

Əvvəlki Yazı

“Üfüq” Karyera İnkişaf Proqramının 3-cü mərhələsinin nəticələri elan olunub

Növbəti Yazı

FAO-da Azərbaycanın səsi – Şahnur Şahinzadənin uğur hekayəsi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.