Latviya hakimiyyəti Baltik dənizində Latviya və İsveç arasında sualtı kabelin zədələnməsi ilə bağlı ilk video görüntüləri əldə edib. Delfi portalı xəbər verir ki, bu barədə Baltik Respublikasının baş naziri Evika Silina bildirib.
Onun sözlərinə görə, Latviya Hərbi Dəniz Qüvvələri isveçli tərəfdaşlarla əməkdaşlıq edərək dəniz kabelinin zədələndiyi ərazini yoxlayıb və videoçəkilişin ilk nəticələrini alıb. “Yüksək ehtimal var ki, biz kabel qırılma yerini tapa bilmişik, lakin 100 m dərinlikdə görünürlük cəmi bir neçə on santimetrdir” dedi. Baş nazir izah edib ki, hadisə daxil olan məlumatların daha dərindən təhlilini tələb edəcək. (Tass)