Latviya hakimiyyəti Ukraynadan olan qaçqınlara latış dilini öyrətmək üçün təxminən 4,7 milyon avro ayırıb. Bu barədə “Delfi” portalı məlumat yayıb.
Onun sözlərinə görə, kurslar Ukraynada orta təhsil almış qaçqınlar, o cümlədən azyaşlılar üçün nəzərdə tutulub. 2025-ci ildə 6375-ə qədər ukraynalının latış dili kurslarında ödənişsiz iştirak edə bilməsi planlaşdırılır.
Portalın məlumatına görə, Baltikyanı respublikada Ukraynadan olan qaçqınlara latış dilinin öyrədilməsi proqramı 2022-ci ildən həyata keçirilir. (Tass)