Latviyanın daxili işlər naziri Rihards Kozlovskis Baltikyanı respublika sakinlərini Rusiya və Belarusa səfərlərdən çəkinməyə çağırıb, çünki vəziyyət pisləşərsə, Riqa bir neçə saat ərzində ölkənin şərq sərhədini bağlaya bilər.
“Mən başa düşürəm ki, orada insanların qohumları və biznesləri var, lakin belə səfərləri (Rusiya və Belarusa ) minimuma endirmək lazımdır. Şərq qonşularımızdan təhlükə yaranarsa, biz sərhədi sadəcə günlər deyil, saatlar ərzində bağlaya bilərik”, – LSM dövlət televiziya və radio portalı departament rəhbərinin sözlərindən sitat gətirir.
Latviya Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Latviya hakimiyyətinin Rusiya Federasiyasına səfər etməmək barədə dəfələrlə çağırışlarına baxmayaraq, Baltikyanı respublikanın sakinləri keçən il 2023-cü illə müqayisədə Rusiyaya iki dəfə çox səfər ediblər. 2024-cü ildə orta hesabla hər ay təxminən 2 min Latviya sakini Rusiyaya səfər edib. 2023-cü ildə bu rəqəm 1 minə yaxın olub. (Tass)