Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) qarşısına qoyduğu vəzifələr çərçivəsində ən azı müəyyən mənada faydalı ola biləcəyi sahələr qalmayıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasında (XİNŞ) çıxışı zamanı deyib.
“Elə bir sahə qalmayıb ki, ATƏT öz səlahiyyətləri çərçivəsində birbaşa suallara cavab tapmaqda ən kiçik də olsa faydalı rol oynaya bilsin”.
“ATƏT daxilində real siyasətdə nə əməkdaşlığa, nə də təhlükəsizliyə yer yoxdur”, – deyə nazir vurğulayıb. (Tass)