Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen ilə görüşüb.
Görüş Qətərdə keçirilən 22-ci Doha Forumu çərçivəsində keçirilir.
Gözlənilir ki, daha sonra Dohada Astana formatında iştirak edən ölkələrin (Rusiya, İran, Türkiyə) xarici işlər nazirlərinin Suriya nizamlanmasına dair görüşü olacaq. (Tass)