Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında bildirib ki, İrəvanın Moskva və Qərblə hazırkı münasibətləri Ermənistan rəhbərliyinin seçimidir.
“Ermənistan artıq açıq şəkildə bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiya onları məyus edib, lakin Qərb məyus etməyib – bu, Ermənistan rəhbərliyinin seçimidir”. (Tass)