Fələstin dövləti yaradılmasa, müsəlman dünyası getdikcə daha çox zorakılığa əl atacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin saytında mətni dərc olunan CBS telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Əminəm ki, bu ədalətsizlik düzəlməzsə və Fələstin dövləti yaradılmasa, Fələstində və ya ərəb və müsəlman dünyasının digər yerlərində zaman-zaman daha çox zorakılıq baş verəcək”.
Lavrovun sözlərinə görə, əgər beynəlxalq ictimaiyyət BMT-nin qərarları əsasında Fələstin dövlətinin yaradılmasında israr etməsə, o zaman “Fələstinlilərin həyatında onilliklər boyu mövcud olan qəzəb nəsildən-nəslə, yeni nəsillər tərəfindən təkrarlanacaq. (Tass)