Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Qərblə təmaslara hazır olduğunu təsdiqləyərək Fransa prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putinə zəng etmək planlarını açıqlamasına, lakin bunu etməməsinə diqqət çəkib.
“Cənab Makron vaxtaşırı o qədər qürurla bəyan edir ki, Putinə zəng edib onunla danışacaq. Onun belə imkanları var, heç kim, necə deyərlər, ona qadağa qoymur”, – Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Zimbabvenin xarici işlər naziri Amon Murvira ilə danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında bildirib.
“Əksinə, prezident (Putin ) bütün həmkarları ilə təmaslara açıq olduğunu daim vurğulayır”, – Lavrov vurğulayıb.