Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pxenyana gözlənilən səfəri zamanı Rusiya prezidenti Vladimir Putinin mesajını Şimali Koreya lideri Kim Çen Ina çatdıracaq. Bu barədə TASS-ın sualını cavablandıran Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Bizim yüksək səviyyəli nümayəndələrimiz, xüsusən də xarici siyasət idarəsinin rəhbəri hər dəfə Pxenyana səfər edəndə, təbii ki, Putindən ölkə rəhbərliyinə mesaj verirlər”, o, Putinin Lavrovla Kim Çen Ina mesaj verib-verməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. (Tass)