Rusiya və Belarus Qərbdə “intihar məntiqi” üstünlük təşkil edərsə, müstəqilliklərini və maraqlarını müdafiə edəcəklər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.
“Qərbdə intihar məntiqi üstünlük təşkil edərsə, mən sizi əmin edirəm ki, rus və belarus xalqları öz müstəqilliklərini və maraqlarını çiyin-çiyinə müdafiə edəcəklər. Buna heç bir şübhə yoxdur”. (Tass)