Rusiya xüsusi əməliyyat başlayandan sonra nəhayət ki, Qərblə bağlı mümkün illüziyalardan qurtulub və indi bilir ki, ona etibar etmək olmaz. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.
“Bəzi illüziyalar, əgər 1990-cı illərdən bəri hələ də qalsaydı, Qərb indi bizə qucağını açdı, demokratiya hamımızı birləşdirəcək – bütün bu illüziyalar tamamilə aradan qalxdı. Qərbə etibar etmək olmaz”, – Rusiya XİN rəhbəri bildirib. (Tass)