Rusiya Qəzza zolağında humanitar atəşkəsə nail olmaq üçün siyasi təzyiqlərini davam etdirəcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Doha Forumu çərçivəsində onlayn çıxışı zamanı deyib.
“Biz humanitar atəşkəsə nail olmaq üçün bu siyasi təzyiqi davam etdirmək üçün əlimizdən gələni etməliyik.
Bununla bağlı nazir qeyd edib ki, “diplomatiyaya hər zaman ümid var”. “Biz hazırkı zorakılıq dalğası başlayandan bəri bunu etməyə çalışdıq. Biz hər hansı bir terror aktını pislədiyimiz kimi, oktyabrın 7-də İsrailə qarşı törədilən terror aktını qətiyyətlə pisləyirik”, – deyə Lavrov vurğulayıb: “Eyni zamanda, biz bu hadisədən milyonlarla fələstinlinin mülki şəxslərə qarşı ayrı-seçkilik etmədən hücumlarla kollektiv cəzalandırılması üçün istifadə edilməsini məqbul hesab etmirəm”. (Tass)