Rusiya və Amerika diplomatları fevralın 27-də İstanbulda görüşərək iki ölkənin səfirliklərinin işindəki problemləri müzakirə edəcəklər, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya xarici işlər naziri Qətərə səfərinin yekunlarına dair mətbuat konfransında deyib: “Belə bir görüş sabah İstanbulda baş tutacaq”.
“Biz bildirmişdik ki, diplomatlarımız və yüksək səviyyəli ekspertlərimiz Rusiya səfirliyinin fəaliyyətinə süni maneələr yaratmaq üçün əvvəlki [ABŞ] administrasiyasının qanunsuz fəaliyyəti nəticəsində toplanmış sistemli problemləri araşdıracaqlar, buna təbii ki, qarşılıq vermişik, həmçinin Moskvada Amerika səfirliyinin fəaliyyəti üçün narahatedici şərait yaratmışıq”. (Tass)