Rusiya istənilən ölkə ilə bərabərhüquqlu qarşılıqlı hörmət əsasında dialoq aparmağa hazırdır. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasında hökumət saatında deyib.
“Rusiya bizimlə maraqların dürüst balansı əsasında, istər təhlükəsizlik, siyasət, istər iqtisadiyyat, istərsə də mədəniyyət sahəsində, insanlar arasında təmaslarda işləməyə hazır olan hər kəslə bərabərhüquqlu, hörmətli əməkdaşlığa həmişə açıq olub və açıqdır”, – nazir deyib. “Biz hər zaman istənilən ölkə ilə qarşılıqlı hörmətlə danışmağa hazır olacağıq”, – Lavrov vurğulayıb.
Eyni zamanda, Xarici İşlər Nazirliyinin rəhbəri beynəlxalq məsələlərdə yaranmış çatlara diqqət çəkib. “Bir tərəfdə mütərəqqi dünya çoxluğu, digər tərəfdə isə hər gün gördüyünüz kimi, indi öz sıralarını bağlaya bilməyən və bütün dünyaya hökmranlıq etdiyi təxminən beş əsrdir ki, rəhbər tutduğu bu eqoist vərdişlərindən əl çəkə bilməyən kollektiv Qərb var”, – Rusiya diplomatiyasının rəhbəri izah edib.
“Biz əminik ki, dövlət başçısı tərəfindən təsdiq edilmiş xarici siyasət kursumuza ağlabatan alternativ ola bilməz. Bu, milli maraqlara əsaslanır”, – Lavrov yekunlaşdırıb. (Tass)