Rusiyanın NATO ölkələrinə hücum etmək niyyəti yoxdur, Moskvanı düşmən edən Qərbin özüdür. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birinci Kanalda yayımlanan “Böyük oyun”-a müsahibəsində deyib.
“Ukrayna əməliyyat zonasına qayıdan o (Rusiya prezidenti Vladimir Putin) deyib ki, bizim belə bir niyyətimiz yoxdur. Məhz onlar bizimlə münasibəti kəsdilər, bizi düşmən etdilər”, – deyə nazir qeyd edib. “Biz heç vaxt bu əlaqəni kəsmək istəmədik.” (Tass)