Rusiyanın Ukrayna ilə münaqişənin nizamlanması üçün şərtləri arasında Kiyevi NATO-ya cəlb etməkdən imtina, alyansın genişlənməsinə son qoyulması və reallıqların yerlərdə tanınması daxildir. Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Manalar ərazisi” forumunda çıxışı zamanı deyib.
“Biz qanuni tələbimizdə, yəni təhlükəsizliyimizi təmin etməkdə israr edirik: Ukraynanın NATO-ya qoşulmaması, NATO-nun ümumiyyətlə genişlənməsinə yol verilməməlidir. O, artıq qəbul edilmiş bütün vədlərin və sənədlərin əksinə olaraq, sərhədlərimizə qədər genişlənib”, – nazir vurğulayıb. “Və təbii ki, Konstitusiyamızda təsbit olunmuş reallıqların tanınması tamamilə mübahisəsiz tələbdir”. (Tass)