Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan telefon danışığı zamanı ABŞ və Böyük Britaniyanın başçılıq etdiyi bir qrup ölkənin Yəmənə endirdiyi zərbələri kəskin şəkildə pisləyiblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Xarici işlər orqanlarının rəhbərləri Birləşmiş Ştatlar və Böyük Britaniyanın başçılıq etdiyi bir qrup ölkənin Yəmən ərazisinə endirdiyi kütləvi zərbələri qətiyyətlə pisləyiblər”, – bəyanatda deyilir. (Tass)