Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın bir neçə gün ərzində Tehrana səfər edəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi açıqlama verib.
“Bu həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehrana gələcək. Rusiya xarici işlər nazirinin səfəri İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafı və dünyada və regionda baş verən hadisələrlə bağlı məsləhətləşmələri davam etdirmək məqsədi daşıyır”, – deyə məlumatda bildirilir.
Orada qeyd olunur ki, Lavrovun iranlı həmkarı Abbas Əraqçi və İslam Respublikasının digər rəsmiləri ilə görüşləri nəzərdə tutulub. (Tass)