Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 4-də Valday Beynəlxalq Diskussiya Klubunun 14-cü Yaxın Şərq konfransında iştirak edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Fevralın 4-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov “Valday” Beynəlxalq Diskussiya Klubunun 14-cü Yaxın Şərq konfransında iştirak edəcək. Tədbir Yaxın Şərqdə dinamik inkişaf edən vəziyyət fonunda baş tutacaq” diplomat bildirib.
Zaxarova qeyd edib ki, əsas diqqət Fələstin-İsrail münaqişəsi zonasında baş verən son hadisələr, Suriyadakı vəziyyət, eləcə də digər böhranlı bölgələrdə olacaq. “Dəvət olunanlar arasında tanınmış xarici politoloqlar və analitiklər də var. Mövzu “Yaxın Şərq 2025: keçmişdən dərs alın, indiki zamanda itməyin və gələcək üçün planlar qurun”. (Tass)