Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdəki hazırkı vəziyyəti “partlayıcı” adlandırıb və Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitliyə təhdidlərə işarə edib. Bu barədə nazirlə Avrasiya ölkələrinin Rusiyada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşün yekunları üzrə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Nazir açılış nitqində Avrasiyanın müxtəlif bölgələrində təhlükəsizlik vəziyyəti ilə bağlı fundamental qiymətlər verib”, – deyə diplomatik departamentdən bildirilib. “O, Avro-Atlantik təhlükəsizlik konsepsiyasındakı böhranı qeyd edib, NATO dövlətlərinin Asiya-Sakit okean regionunda vəziyyətin sabitliyini pozmağa yönəlmiş təhlükəli hərəkətlərinə, Yaxın Şərqdəki partlayıcı vəziyyətə, Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitlik üçün risklərə diqqət çəkib”. (Tass)