Fransalıların 60%-dən çoxu respublika prezidenti Emmanuel Makronun istefasının lehinə olub. Bunu Le Figaro qəzetinin sifarişi ilə Odoxa-Backbone sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Respondentlərin 61%-i hazırkı dövlət başçısının istefasını dəstəkləyir. Nəşrin qeyd etdiyi kimi, 2024-cü ilin sentyabrından bu rəqəm 7 faiz bəndi artıb. Respondentlərin 38%-i istefanın əleyhinə çıxıb, tədqiqat iştirakçılarının daha 1%-i cavab verməkdə çətinlik çəkib.
Bundan əlavə, respondentlərin 62%-i Makronun prezidentliyini avtoritar kimi xarakterizə edir. Fransızların əksəriyyəti də Fransua Bayru-nun ilin sonuna qədər baş nazir postunu saxlaya bilməyəcəyinə inanır – respondentlərin 86%-i əmindir ki, Fransa prezidenti 2025-ci ildə yeni baş nazir təyin etməli olacaq.
Sorğu yanvarın 2-3-də keçirilib və 1005 nəfər iştirak edib. (Tass)