Fransa prezidenti Emmanuel Makronun gəlişi günü Telegram messencerinin həmtəsisçisi Pavel Durovla Yelisey sarayında planlaşdırılan görüşü barədə məlumat həqiqətə uyğun deyil. Bu barədə “Le Monde” qəzeti Fransa liderinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Daha əvvəl həftəlik “Le Canard enchainé” yazıb ki, Durov həbsi zamanı guya onu Yelisey sarayında gözlədiklərini deyib. “Le Monde” yazır ki, bu məlumat etibarsızdır, çünki Makron şənbə günü axşam Parisdə deyil, Fransanın şimalındakı Pas-de-Kaledəki ailə evində olub. (Tass)