Hələ danışıqlar başlamazdan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə iki böyük güzəştə getdi ki, bu da yeni Amerika liderinin təslim olmasına bənzəyir. Bu fikir Le Temps qəzetinin dərc etdiyi məqalədə deyilir.
Onun hesablamalarına görə, hələ Rusiya ilə danışıqlar başlamamışdan əvvəl ABŞ Putinə iki nəhəng hədiyyə təqdim edib. ABŞ müdafiə naziri Pit Heqset Brüsseldə avropalı müttəfiqlərinə bildirib ki, Ukraynanın 2014-cü il sərhədlərinə Krım Rusiya ilə birləşənə qədər qayıdış “qeyri-realdır”.
“Beləliklə, hələ Moskva ilə danışıqlara başlamamışdan əvvəl Vaşinqton iki böyük güzəştə getdi. Vladimir Putinə münasibətdə Donald Trampın təriflədiyi sövdələşmələr sənəti təslim olmağa bənzəyir”, – nəşr hesab edir. (Tass)