Lerikdə zəhərlənmə ilə bağlı TƏBİB açıqlama verib.
TƏBİB – dən “Report”un cənub bürosuna verilən məlumata görə 27.03.2024-cü il tarixində saat 06:00-da zəhərlənmə şübhəsi ilə bağlı 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib. Həmin şəxslərə zəruri ilkin tibbi xidmətlər göstərilib, analiz nümunələri götürülüb. Vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.