Lesotonun xarici işlər naziri Mpotjoane Lejone ABŞ prezidenti Donald Trampın Lesoto haqqında “heç kim eşitmədiyi” şərhindən incidiyini bildirib və Amerika liderini səfərə dəvət edib.
Bundan əvvəl Tramp ABŞ Konqresinə müraciətində bildirmişdi ki, Afrikanın cənubundakı Lesoto ölkəsində LGBT-yə dəstək üçün milyonlarla dollar xərclənib, bu hərəkatın mövcudluğu “heç kimin eşitməyib”.
Lesotonun xarici işlər naziri ABŞ prezidentinin açıqlamasını təhqiramiz adlandırıb. “Dövlət başçısının ölkəmi belə adlandıra bilməsi məni həqiqətən şoka saldı. Lesoto dünyada belə əlamətdar və unikal ölkədir. Mən prezidenti və dünyanın qalan hissəsini Lesotoya gəlməyə dəvət etməkdən məmnun olaram”, – o, Reuters agentliyinə müsahibəsində deyib. Nazir əlavə edib ki, ABŞ ölkənin səhiyyə və kənd təsərrüfatı sektorlarının maliyyələşdirilməsində də iştirak edir.
Xarici işlər naziri bildirib ki, Lesoto səhiyyə sektoruna güvəndiyi üçün ABŞ-ın maliyyələşdirməsinin kəsilməsinin təsirini artıq hiss edib, lakin hökumət daha çox özünü təmin etmək yollarını axtarır.
Lesoto Afrikanın cənubunda, təxminən 2 milyon nəfər əhalisi olan dağlıq bir ölkədir və dəniz səviyyəsindən digər Afrika ölkələrindən daha yüksəkdə yerləşdiyi üçün bəzən səmadakı krallıq da adlandırılır. (Tass)