İyun 13, 2025-17:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Leyla Əliyeva ÜST-nin yüksək səviyyəli tədbirində videokonfrans formatında iştirak edib

2025:06:12 - 15:52
in SİYASƏT
A A

İyunun 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İslandiyanın paytaxtı Reykyavikdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin təşəbbüsü ilə keçirilən İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyasının açılış iclasında və ilk hibrid dinləməsində videobağlantı vasitəsilə iştirak və çıxış edib.

APA xəbər verir ki, Leyla Əliyeva çıxışı zamanı COP29-un ev sahibi Azərbaycanın bu sahədə atdığı addımlar, qazandığı təcrübə və həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib. Bildirib ki, iqlim dəyişikliyi təkcə ekoloji deyil, eyni zamanda, ictimai sağlamlıq baxımından da ciddi qlobal çağırışlardan biridir. O, ölkəmizdə su ehtiyatlarının idarə olunması, ətraf mühitin mühafizəsi və iqlimə davamlılıq üzrə reallaşdırılan layihələrdən bəhs edib.

Leyla Əliyeva, həmçinin IDEA İctimai Birliyi tərəfindən irəli sürülən müxtəlif təşəbbüslərlə gənclərin iqlim və sağlamlıq mövzularında fəallığının artırılmasının vacibliyini qeyd edib və beynəlxalq təşkilatları bu istiqamətdə geniş əməkdaşlığa çağırıb.

Sonra tədbirdə çıxış edən ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge Azərbaycanın COP29 çərçivəsində göstərdiyi liderliyi və təşəbbüskarlığı yüksək qiymətləndirdiklərini bildirib. O vurğulayıb ki, Azərbaycan yalnız regionda deyil, həm də beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə fəal mövqe tutur və nümunəvi yanaşmalar nümayiş etdirir. Hans Kluge, həmçinin iqlim dəyişikliyi və ictimai sağlamlıq sahələrində həyata keçirilən layihələrə verdiyi töhfələrə görə Leyla Əliyevaya təşəkkürünü ifadə edib.

Qeyd edək ki, ÜST-ün Avropa üzrə Regional Ofisi tərəfindən yaradılan İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyasının məqsədi iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərini diqqət mərkəzinə gətirmək, sahələrarası əməkdaşlığı gücləndirmək və bu istiqamətdə konkret fəaliyyət mexanizmləri formalaşdırmaqdır. Reykyavikdə keçirilən rəsmi açılış iclası ilə Komissiya öz fəaliyyətinə rəsmən start verib.

Əvvəlki Yazı

Kəlbəcərə ilk köç olacaq

Növbəti Yazı

Fransa ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.