Bu sözləri AZƏRTAC-a müsahibəsində Tbilisidəki V.Sarajişvili adına Konservatoriyanın böyük zalında Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konsertin təşəbbüskarlarından biri, “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova deyib.
Onun sözlərinə görə, konsertdə azərbaycanlılarla yanaşı, gürcü xalqının nümayəndələrinin də iştirakı Azərbaycan-Gürcüstan dostluğunun bariz nümunəsidir. Düşünürəm ki, konsertdə Azərbaycanın xalq və bəstəkar mahnıları ilə yanaşı, gürcü bəstəkarlarının da mahnılarının ifası hamının ürəyincə oldu.
“Bizim bu cür tədbirlərimiz davamlı olacaq və gələcəkdə daha maraqlı konsert proqramları və digər mədəni tədbirlər təşkil edəcəyik”, – deyə L.Əmrahova vurğulayıb.