Vilnüs İsveç istehsalçısı ilə 14 milyon avroya Carl Gustaf tank əleyhinə qumbaraatanların alınması üçün müqavilə imzalayıb. Bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə Resursları Agentliyi İsveçin SAAB Bofors Dynamics AB şirkətindən 14 milyon avroya Carl Gustaf tank əleyhinə qumbaraatanların alınmasına dair müqavilə imzalayıb”, – deyə məlumatda bildirilir.
Düşmənin zirehli texnikası və canlı qüvvəsi ilə döyüşmək üçün nəzərdə tutulmuş M4 model qumbaraatanlar alınır. Müdafiə Nazirliyinin bildirdiyi kimi, silahlar Litvaya 2025-2026-cı illərdə gələcək. (Tass)