Litvada 2,5 min ehtiyatda olan hərbçinin iştirakı ilə ölkə silahlı qüvvələrinin tarixində ən böyük hərbi manevrlər keçiriləcək. Bu barədə Baltikyanı respublikanın ordu komandanlığı məlumat yayıb.
“Aktiv ehtiyatda olan 10 mindən çox insan “Perkuno gryausmas” (“Perkunas ildırımı”) manevrləri üçün çağırış alacaq”, – məlumatda deyilir. Bu, ümumi planın bir hissəsi olan səfərbərlik məşqi hesab olunur. “Onlardan 2,5 min ehtiyatda olan hərbçi faktiki olaraq manevrlərə cəlb olunacaq”, – komandanlıq qeyd edib.
Beləliklə, hərbçilərin məlumatına görə, “Gelezhinis Vilkas” (“Dəmir Qurd”) və “Jemaitija” manevrli motoatıcı briqadalarının şəxsi heyəti 100%-ə qədər, “Aukštaitija” ehtiyat briqadası isə 700 nəfərlə tamamlanacaq. Manevrlərdə ehtiyatda olan hərbçilərlə yanaşı, 4 mindən çox peşəkar hərbçi və çağırışçı iştirak edəcək.
Perkuno Qryausmas manevrləri bu ilin aprel və may aylarında bir neçə mərhələdə baş tutacaq. (Tass)