Vilnüs Litvanın Aİ-nin SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) xüsusi hərbiləşdirmə fondundan 8 milyard avro dəyərində kreditlərdən istifadə edə biləcəyini gözləyir. Bu barədə Litva Prezidenti Gitanas Nauseda Baltikyanı respublikada səfərdə olan Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə birgə mətbuat konfransında bildirib.
“Bizim üzləşdiyimiz təhlükələr realdır. Təhlükəsizliyimizi gücləndirmək üçün lazım olan investisiyalar təxminən 8 milyard avro təşkil edir”, – o deyib.
Prezident xatırladıb ki, Litvanın Rusiya və Belarusla sərhədi Aİ-nin xarici sərhədidir. “Biz Aİ sərhədlərinin təhlükəsizliyini təmin edən ölkələrdən biriyik”, o, Vilnüsun hərbi ehtiyacları üçün Avropanın maliyyələşdirilməsinin lehinə olan arqumentə istinad edərək deyib. (Tass)