Litvanın Nazirlər Kabineti Baltikyanı respublikanın kaset sursatlarına dair konvensiyadan çıxmasını təsdiqləyib. Bu barədə qərar hökumətin həftəlik iclasında qəbul edilib.
“Hökumət Müdafiə Nazirliyinin təqdim etdiyi qətnamə layihəsi ilə razılaşıb ki, Seymə [parlament] Litvanın kaset sursatlarını qadağan edən konvensiyada iştirakı ilə bağlı qərarı denonsasiya etmək tövsiyə olunur”, – məlumatda deyilir.
Vilnüs 2008-ci ildə qəbul edilmiş konvensiyaya 2011-ci ildə qoşulub. Prosedura görə, belə beynəlxalq müqavilələrdə iştirak və ya onlardan çıxmaq barədə yekun qərarı Seym və parlamentin qərarını təsdiq edən və ya rədd edən ölkə prezidenti verir.
Litvanın Müdafiə Nazirliyi kasetli sursatları respublika ordusunun istifadə etməli olduğu effektiv döyüş vasitəsi hesab edir, çünki potensial düşmən mütləq bunu edəcək. (Tass)