Litva bu ilin sonunda ordu üçün pilotsuz uçuş aparatlarının (PUA) kütləvi istehsalına başlamağa qadirdir. Bu barədə jurnalistlərə Baltik Respublikasının müdafiə naziri Arvydas Anusauskas məlumat verib.
“Bu ilin sonu və ya gələn ilin əvvəlində biz sırf Litvaya məxsus pilotsuz təyyarələrin sənaye istehsalına hazırlanması ilə bağlı layihələrin icrasını başa çatdıracağıq və onu konveyerə çıxara biləcəyik”, – deyə o bildirib.
(Tass)