Şimali Atlantika Alyansı birbaşa Ukraynaya təlim missiyaları göndərə bilər, lakin döyüş əməliyyatlarında iştirak etmək üçün qoşun göndərə bilməz. Bu fikirləri jurnalistlərə Litvanın müdafiə naziri Arvydas Anusauskas deyib.
“Biz təlim missiyaları və təlimatçıların göndərilməsindən danışırıq. Qərar çoxtərəfli əsasda veriləcək” deyib.
Nazirin sözlərinə görə, məsələ müzakirə mərhələsindədir. “Mövqe dəyişə bilər. Ukraynaya yardım formalarının axtarışı aparılır. Müxtəlif ölkələrin fərqli mövqeləri var. Eyni zamanda, bu (NATO-nun Ukraynaya təlim missiyalarının göndərilməsi – TASS qeydi) bizim üçün siqnal olardı.”
Vilnüs mandatına uyğun olaraq, Litva Ukrayna hərbçilərini öz ölkəsində, eləcə də Böyük Britaniya və Almaniyada hazırlayır. (Tass)