Hərbi qarşıdurma zamanı mülki müqavimət üzrə təlimatçı qrupları Litvada təlim keçəcək. Bu barədə kursları təşkil edən Baltikyanı respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Biz çalışırıq ki, mümkün qədər çox sakin fövqəladə və ya hərbi əməliyyat zamanı özünü necə aparmalı olduğunu bilsin. Təlim etdiyimiz təlimatçılar daha sonra geniş ictimaiyyəti maarifləndirəcək”, – bəyanatda müdafiə nazirinin müavini Tomas Qodliauskasdan sitat gətirilir.
Kursların beş silsiləsi ilə başlanması planlaşdırılır ki, bu müddət ərzində 150 müəllim hazır olacaq. Kurslara qeydiyyat davam edir. Maraqlananlar arasında səfərbərliyə məsul olan bələdiyyə məmurları, könüllü hərbiləşdirilmiş strukturların və qeyri-hökumət təşkilatlarının nümayəndələri çoxluq təşkil edir. (Tass)