Qərb ölkələri Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün koalisiya yaradır. Litva prezidenti Gitanas Nauseda Aİ liderlərinin görüşü üçün Brüsselə gələrkən jurnalistlərə bildirib.
“Ukrayna üçün hava hücumundan müdafiə koalisiya sistemi yaradılır, onun konturları hələ tam müəyyən edilməyib, lakin biz bu yolla getməliyik ki, Ukrayna səmadan hücumlardan qorunsun”.
Əvvəllər Litva Ukraynada minalardan təmizləmə üçün beynəlxalq koalisiya strukturunun yaradılması təşəbbüsü ilə çıxış edib. Buraya 20 ölkə daxil idi. (Tass)