Ukraynalı qaçqınların Litvada iş tapmaq üçün litva dilini lazımi səviyyədə bilməli olduğu müddətin bir il uzadılması təklif edilir. Bu barədə jurnalistlərə ölkənin təhsil, elm və idman nazirinin müavini Aqne Kudarauskiene məlumat verib.
“Litva tərəfindən müvəqqəti himayə edilmiş Ukrayna qaçqınlarının işləmək, özlərini və ailələrini dolandırmaq imkanını təmin etmək üçün biz Litva dilini icbari bilmə müddətini bir il uzatmağı təklif edirik”, – o deyib.
Hazırda bu limit Litva tərəfindən zəmanət verilən müvəqqəti mühafizənin təmin edilməsindən sonra iki il müddətinə verilir. Yeni sərəncamda üç il müddət müəyyən ediləcək. Litvada 65 minə yaxın ukraynalı qaçqın var. Bunlardan 30 minə yaxını iş tapıb.
Litva Dil Müfəttişliyi daha əvvəl bildirmişdi ki, 2024-cü ilin mart ayından ukraynalıların işlədiyi müəssisələri litva dilini bilmə səviyyələrinə görə yoxlamaya başlayacaq. (Tass)