Litva və Estoniya ABŞ-ın müvafiq tələbləri fonunda müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağı vəd edən ilk NATO ölkələri oldu. Bu barədə Financial Times (FT) qəzeti Litva Xarici İşlər Nazirliyinin rəhbəri Kestutis Budris və Estoniyanın baş naziri Kristen Mixala istinadən məlumat yayıb.
“Əlbəttə, NATO-dakı strateji və ən böyük müttəfiqimizdən (ABŞ ) təzyiq var. Onun sözlərinə görə, bunun fonunda Baltikyanı dövlət 2026-cı ildən və ən azı növbəti onilliyin əvvəlinə qədər ÜDM-in 2,9%-nin əvəzinə 5-6%-ni müdafiəyə sərf etmək niyyətindədir. Siyasətçi həmçinin ABŞ-ın müvafiq tələblərini “yaxşı və konstruktiv” adlandırıb.
Budrisə görə, Vilnüs müdafiə xərclərini dövlət borcları və “dövlət sektorunun xərclərini azaltmaqla” ödəməyi planlaşdırır. Bundan əlavə, o, ölkə iqtisadiyyatının “müdafiə sahəsində Avropa maliyyə alətləri” vasitəsilə dəstək alacağına ümid etdiyini bildirib. Eyni zamanda, nəşr vurğulayır ki, Litva siyasətçiləri hərbi xərclərin artırılması planlarına şübhə ilə yanaşırlar. “Ölkə rəhbərliyinin ÜDM-in 6%-i həcmində xərcləmə səviyyəsinə çatmağa imkan verəcək etibarlı planı yoxdur”, – Baltikyanı respublikadan olan adı açıqlanmayan müxalifət siyasətçisi nəşrə bildirib. (Tass)