Noyabrın 23-də İsrailin hava hücumları nəticəsində 84 nəfər ölüb, 213 livanlı yaralanıb.
Belə məlumatlar Livan Səhiyyə Nazirliyi yanında Fövqəladə Əməliyyatlar Mərkəzinin “Facebook” sosial şəbəkəsində dərc olunmuş hesabatında təqdim edilib.
Bu məlumata görə, 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri İsrailin bombardmanları və artilleriya hücumları nəticəsində ölənlərin ümumi sayı 3754, yaralıların sayı isə 15626-ya çatıb. (Tass)