Livanın baş naziri Nəcib Mikati İsrailin Livan ərazisinə zərbələrini “məhv müharibəsi” adlandırıb və beynəlxalq ictimaiyyəti İsraili cilovlamağa çağırıb.
“İsrailin Livana qarşı davam edən təcavüzü sözün hər mənasında məhvetmə müharibəsidir, bu, Livanın kənd və şəhərlərinin dağıdılmasına yönəlmiş planın həyata keçirilməsidir”, – deyə Mikati ölkə hökumətinin iclasında çıxışı zamanı vurğulayıb. Onun sözlərini Facebook-da Livan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.
“Biz BMT-ni, Təhlükəsizlik Şurasının təşkilatlarını və nüfuzlu ölkələri həqiqətin tərəfində olmağa və [İsrailin] təcavüzünün qarşısını almağa çağırırıq”, – o əlavə edib. Baş nazirin sözlərinə görə, Livan hökuməti “İsrail müharibəsini” dayandırmaq üçün əlindən gələni edir. (Tass)