İyul 20, 2025-0:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Livan İsrailin öz suverenliyinə təcavüzünün qəbuledilməz olduğunu bəyan edib

2024:07:03 - 15:12
in DÜNYA
A A

Livan beynəlxalq hüquqa sadiqdir və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq cənub sərhədində atəşkəs tələb edir. Bunu Beyrutda açılmış Yaxın Şərqdə sülh və təhlükəsizlik problemlərinə həsr olunmuş konfransda çıxış edən respublikanın baş naziri Nəcib Mikati deyib.

“Livan İsrailin öz suverenliyinə, milli ləyaqətinə və ərazi bütövlüyünə qəsd etməsini qəbul etmir”, – deyə siyasətçi vurğulayıb: “Sülh, ədalət və beynəlxalq qanunilik bizim seçimimiz olub və qalır.

Mikatinin iddia etdiyi kimi, “İsrailin Livanın cənubuna hücumları, onun sakinlərini qəsdən öldürməsi, şəhərlərin dağıdılması və əkin sahələrinin yandırılması tam mənada terror təcavüzüdür”. “Biz hesab edirik ki, beynəlxalq ictimaiyyət İsrailin bu cinayətkar siyasətinə son qoymalı, təcavüzkarın qarşısını almaq və cənub sərhədində sakitliyi bərpa etmək üçün tədbirlər görməlidir”.

Baş nazir hərbi əməliyyatlar nəticəsində cənub bölgəsinin əhalisinin 75%-nin dolanışıq imkanlarını itirdiyi, 100 min nəfərinin isə köçkün düşdüyü məlumatlara istinad edib. Hərbi eskalasiya 2023-cü ilin oktyabrında başlayandan bəri İsrailin Livanın cənubuna reydləri və atəşi nəticəsində 97 sakin həlak olub, 1200 nəfər yaralanıb.  (Tass)

Əvvəlki Yazı

Belarus Təhlükəsizlik Şurası Ermənistanı paradda iştiraka dəvət etdiklərini bildirib

Növbəti Yazı

NATO ölkələri Ukraynaya çoxillik yardım haqqında razılığa gələ bilməyiblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.